Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada nəhəng ticarət mərkəzi yanıb: 1 nəfər ölüb - YENİLƏNİB - VİDEO - FOTO

Moskvada nəhəng ticarət mərkəzi yanıb: 1 nəfər ölüb - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 9 Dekabr 2022 10:10

10:08

Moskvada "Meqa Ximki" ticarət mərkəzindəki OBI hipermarketində yanğın zamanı bir nəfər ölüb.

Sonxeber.net TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

---------
08:52

Rusiyanın paytaxtı Moskvadakı "Meqa Ximki" ticarət mərkəzindəki OBİ şipermarketi yanır.

Sonxeber.net bildirir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi yanğını 5 mümkün ağırlıq dərəcəsindən 4 səviyyəsində dəyərləndirib.

Səhər saatlarında başlanmış güclü yanğını söndürmək üçün əraziyə onlarla yanğınsöndürən heyət cəlb olunub.

Hipermarketdə 18 min kvadrat metrlik ərazidə bütün tikililər yanıb, tavanlar çöküb.

Moskvalılar sosial şəbəkələrdə hadisəni "İlin yanğını" kimi qiymətləndirirlər.


Etiketlər:  Moskvada nəhəng ticarət mərkəzi yanıb nəfər ölüb YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ