Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2022 06:44
Rusiyada, Kaluqa vilayətində bir ay ərzində diri-diri körpə oğlunu basdıran 23 yaşlı Obninsk sakini mühakimə olunacaq.
Sonxeber.net bildirir ki, bu barədə vilayət prokurorluğu öz saytında məlumat yayıb.
İdarənin məlumatına görə, rusiyalı qadın vaxtaşırı uşağı nəzarətsiz qoyub və gündə bir dəfə ona yemək verib, şəxsi həyatını tənzimləmək üçün vaxt itirməmək üçün. Körpənin dərisində çürüklər görünəndə qadın xəstəxanaya getməyib. Bu isə uşağın vəziyyətinin pisləşməsinə səbəb olub və nəticədə oğlu dünyasını dəyişib.
Prokurorluğun məlumatına görə, uşağın öldüyünü aşkar edən anası məsuliyyətdən qorxaraq meyiti uşaq bezlərinə büküb, çamadana qoyub və yaşamağa davam etdiyi mənzildə gizlədib. Bir ay sonra ölü körpə qadının yaxınları tərəfindən tapılıb.
Rusiyalı qadına qarşı xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Onu 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.
İrfan Vəliyev