Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Donuz qripi ilə adi qripin fərqi – Belə başlayır

Donuz qripi ilə adi qripin fərqi – Belə başlayır

Tarix: 10 Dekabr 2022 21:27

Son zamanlar dünyada, xüsusən Rusiyada donuz qripi aktivləşdiyindən, çox güman ki, hazırda yayılan qızdırmalı, pnevmoniyalı xəstəlik donuz qripidir.

"Medicina" xəbər verir ki, həkim Olqa Malinovskaya hazırda 3 cür infeksion xəstəliyin dominant olduğunu bildirib.

"Hələ ötən ildə ancaq koronavirus ciddi dominant idi. İndi isə qripp aktivləşib və əlavə olaraq, donuz qripi yayılıb. Ona görə qriplə donuz qripini fərqləndirmək lazımdır.

H1N1 virusunu qripdən fərqləndirən yeganə əlamət qəfil və kəskin ishal, qarın ağrısı və ürəkbulanma, qusmanın olmasıdır. Çünki donuz qripi həzm orqanlarını zədələyir və güclü intoksikasiya verir.

Digər əlamətləri oxşardır:

- Yüksək hərarət
- Baş, əzələ ağrısı
- Güclü əzginlik
- Burun axma
- Öskürək
- Gözdə qızarma

Əgər xəstəlik bir iki gün əvvəldən qarın ağrısı, həzm pozuntusu, ishalla başlayırsa, donuz qripindən şübhələnmək olar.


Etiketlər:  Donuz qripi ilə qripin fərqi Belə başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ