Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvadan sülhməramlılara əmr edildi ki... - Politoloq

Moskvadan sülhməramlılara əmr edildi ki... - Politoloq

Tarix: 11 Dekabr 2022 16:30

Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqin baş tutmaması nə deməkdir? Rusiya hərbi kontingentinin bir neçə gün əvvəl məmurlarımızla görüş zamanı verdiyi vədi yerinə yetirməyəcəyi gözlənilən idi.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Rusiya hərbi kontingenti Moskvanın təlimatıyla hərəkət edir:

"Qarabağdakı kontingentə əmr belə olub ki, monitorinq ərazisinə daxil olan azərbaycanlı məmurların normal fəaliyyəti üçün şərait yaradılmasın, prosesi kənardan müşahidə etsinlər. Hadisə yerində toqquşma baş verə bilərdi. Çünki monitorinq yerinə gələnlər separatçılarla üz-üzə qalıblar, onlar yolu kəsiblər və aralarında mübahisə olub. Görünür, Rusiya hərbi kontingenti gərginlikdə maraqlı olub. Halbuki, Kreml istəsəydi, Qarabağdakı hərbi kontingentin komandanlığına əmr verərdi ki, monitorinqin aparılmasına şərait yaradılsın və bu barədə separatçıların rəhbərliyi xəbərdar edilsin. Rusiyadan asılı vəziyyətdə olan separatçılar onların icazəsi olmadan yolu kəsməz və azərbaycanlı məmurların fəaliyyətinə mane olmazdılar. Separatçılar alətdir".

Politoloq bildirib ki, Kreml ardı gələcəyi üçün yataqların monitorinqinə şərait yaratmayıb:

"Bəli, biz monitorinqlə kifayətlənməyəcəkdik, bunun ardınca başqa tədbirlər planı da var. Rusiya birinci addımımızı əngəlləməklə bizə belə bir mesaj göndərib ki, o biri addımlarımıza da şərait yaratmayacaq. Ancaq əlimizdə elə alətlər var ki, onları yerində reallaşdırmaq üçün Rusiya hərbi kontingenti ilə məsləhətləşməyə ehtiyac yoxdur. Məsələn, keçmiş Laçın dəhlizi nəzarətimizə keçdikdən sonra vaxtilə Ermənistandan Qarabağa çəkilən qanunsuz kommunikasiya xətləri - elektrik, qaz boru və internet xətləri nəzarətimizə keçib. Ekoloji vəziyyətin monitorinqini aparmaq üçün şərait yaratmırlarsa, kommunikasiya xətlərində problemlərin yaradılacağı barədə real addımlar atılmasının zamanı yetişib".

Milli.Az


Etiketlər:  Moskvadan sülhməramlılara əmr edildi ki Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ