Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 18:00
Ölkə kubokunun finalına vəsiqə qazanan "Qəbələ" və "Sumqayıt" klublarının ümumilikdə 3 futbolçusu həlledici qarşılaşmanı buraxacaq.
Qol.az xəbər verir ki, əyalət təmsilçisinin heyətində Amin Seydiyev və Sabien Lilay Naxçıvanda keçiriləcək matçda meydana çıxmayacaqlar. "Sumqayıt"ın heyətində isə Aleksey İsayev finalı kənardan izləməli olacaq. Buna səbəb hər üç futbolçunun yarımfinal mərhələsinin cavab oyunlarında sarı vərəqə alaraq, cəzalı duruma düşməsidir.
Qeyd edək ki, final matçı mayın 19-da keçiriləcək.