Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda daha bir etirazçı dar ağacından asıldı

İranda daha bir etirazçı dar ağacından asıldı

Tarix: 12 Dekabr 2022 10:48

İranın Məşhəd şəhərində Məcid Rza Rahnəvərd icimaiyyətin qarşısında dar ağacından asılıb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə İranın Xorasan-Rezevi əyalətinin ədliyyə idarəsinin başçısı Qulaməli Sadeqi bildirib.

Onun sözlərinə görə, edam hökmü "əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə" çərçivəsində icra olunub.

Bildirilib ki, İran İnqilab Məhkəməsinin Məşhəddəki bölməsi Məcid Rza Rahnəvərd barəsində 23 gün əvvəl ölüm hökmü çıxanb. Hökmü dekbarın 12-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan ikinci edamdır. Bundan əvvəl Möhsün Şekari dar ağacından asılmışdı.


Etiketlər:  İranda daha etirazçı ağacından asıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ