Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2022 16:02
Lionel Messi dünya çempionatlarındakı ilk qolundan 16 il 176 gün sonra rəqib qapısına yol tapıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Argentina millisinin futbolçusu İFFHS-in tərtib etdiyi siyahının rekordçusudur.
Qurum dünya çempionatlarında ilk və son qolu arasında ən uzun müddət keçən futbolçuların cədvəlini hazırlayıb. Yalnız Lionel Messi və Kriştianu Ronaldu 16 ildən artıq müddət keçdikdən sonra da qol vura bilib.
1. Lionel Messi (Argentina) - 16 il 176 gün
2. Kriştianu Ronaldu (Portugal) - 16 il 160 gün
3. Miroslav Kloze (Almaniya) - 12 il 037 gün
4. Mikael Laudrup (Danimarka) - 12 il 016 gün
5. Uve Zeeler (Almaniya) - 12 il 006 gün
6. Dieqo Maradona (Argentina) - 12 il 003 gün
7. Pele (Braziliya) - 12 il 002 gün
8. Sami Al-Caber (Səudiyyə Ərəbistanı) - 11 il 354 gün
9. Henrik Larsson (İsveç) - 11 il 339 gün