Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmişliyə qazın verilişi bərpa edildi

İmişliyə qazın verilişi bərpa edildi

Tarix: 13 Dekabr 2022 11:16

"Azəriqaz" İstehsalat Birliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar 5 rayonda baş verən qəzanın aradan qaldırılması ilə bağlı işləri davam etdirir.

Bu barədə Milli.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev deyib.

O bildirib ki, dekabrın 10-da qeyri-sabit hava şəraiti ilə bağlı İmişli, Lerik, Astara, Quba və Qusar rayonlarında qaz xətlərindəki qaynaq tikişlərində dartınma, borularda çatlar yaranıb və sızmalar baş verib.

"Nəticədə həmin rayonların bəzi hissələrinə qazın verilişi dayandırılıb . "Azəriqaz" əməkdaşları hadisə yerlərinə cəlb olunub. Görülən tədbirlər nəticəsində hava şəraiti qismən əlverişli olduğu üçün İmişli rayonunda problem aradan qaldırılıb və qazın verilişi bərpa olunub. Hazırda digər ərazilərdə yaranan problemin aradan qaldırılması ilə bağlı operativ işlər görülür. Bəzi yerlərdə relyefin çətin olması, qarın intensiv yağması bərpa işlərinin tezləşdirilməsinə mane olur. Hava şəraitindən asılı olaraq bu gün ya sabah qəzanın səbəbləri aradan qaldırılacaq", - E. Vəliyev deyib.

Xatırladaq ki, dekabrın 10-da respublika ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranmışdı.

Milli.Az


Etiketlər:  İmişliyə qazın verilişi bərpa edildi


RƏYLƏR