Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2022 21:02
Messi DÇ ilə vidalaşır.
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında sonuncu oyununa çıxacağını bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, Qətərdə keçirilən mundialın finalının son matçı olacağını deyib:
"Buna nail ola bildiyim üçün çox şadam. Finalda son oyunumu keçirməklə dünya çempionatlarında çıxışlarımı tamamlayacağam".