Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Departamentinin rəsmisi: ABŞ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək

Dövlət Departamentinin rəsmisi: ABŞ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək

Tarix: 2 May 2019 18:39

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək.

Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent deyib.

O bildirib ki, ABŞ ATƏT Minsk qrupunun həmsədri qismində öz öhdəliklərinə ciddi yanaşır:

“Biz şadıq ki, tərəflər arasında liderlər və Xarici İşlər nazirləri səviyyəsində görüşlər baş tutub. Tərəflər qoşunların təmas xəttində gərginliyin və atəşkəs rejiminin pozulması hallarının azaldılması barədə razılıq əldə ediblər. Moskvada bu yaxınlarda keçirilmiş Xarici İşlər nazirlərinin görüşündə məqbul razılaşmalar əldə olunub. ABŞ gələcəkdə Xarici İşlər nazirlərinin görüşünü keçirməyə hazırdır. Növbəti görüşə gəldikdə isə, hələlik demək olmaz ki, yer müəyyənləşdirilib. Amma əmin olun ki, ABŞ öz öhdəliklərinə ciddi yanaşır. Biz münaqişənin sülh yolu ilə həllinə gətirəcək prosesi dəstəkləmək istəyirik. Münaqişənin sülh yolu ilə həll olunmasında tərəflərə kömək etmək niyyətinə sadiqik”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dövlət Departamentinin rəsmisi ABŞ bundan sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ