Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Final öncəsi Fransa millisində ciddi itkilər

Final öncəsi Fransa millisində ciddi itkilər

Tarix: 17 Dekabr 2022 12:38

Fransa milli komandası DÇ-2022-nin final oyununda Argentina ilə qarşılaşacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Avropa təmsilçisi bu görüşə ciddi itkilərlə hazırlaşır. Komandanın bu gün baş tutan məşqində Rafael Varan, Kinqsli Koman və İbrahima Konate xəstəlik səbəbindən iştirak etməyib.
 
"Xoruzlar"ın itkiləri bununla da bitmir. Yüngül zədələri olan Orelyen Çuameni və Teo Hernandes idman zalında fərdi məşq ediblər. Mərakeşlə matçda iştirak etməyən Adrien Rabyo və Dayo Upamekano isə kollektivlə məşqə qatılıb.
 
Qeyd edək ki, Argentina - Fransa qarşılaşması 18 dekabr tarixində Bakı vaxtilə saat 19:00-da start götürəcək.

Milli.Az


Etiketlər:  Final öncəsi Fransa millisində ciddi itkilər


RƏYLƏR