Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 23:24
"Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Prezidenti Ursula fon der Lyayen deyib.
"Bu, çox iddialı layihədir. O, bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq",-deyə Lyayen bildirib.
Qeyd edək ki, Buxarestdə "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş"i imzalanıb.