Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2019 14:12
Bakı. Trend:
Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində kimya üzrə mükafatlar təqdim olunub.
Trend-in məlumatına görə, bu il bu mükafatı amerikalı Con Qudenou, britaniyalı Stenli Uittingem və yaponiyalı Akira Yosino əldə edib.
Onlar litium-ion batareyalarının yaradılması və inkişafına görə mükafata layiq görülüb.
Qeyd edək ki, oktyabrın 10-da ədəbiyyat (2018 və 2019-cu illər üçün), oktyabrın 11-i sülh və oktyabrın 14-ü iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin