Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Zelenskiyə verdiyi bu sözü niyə tutmur? - Halbuki bunu etsə...

Bayden Zelenskiyə verdiyi bu sözü niyə tutmur? - Halbuki bunu etsə...

Tarix: 19 Dekabr 2022 23:00

ABŞ Prezidenti Co Bayden hələlik Ukraynaya səfər etməyi planlaşdırmır. Kiyevə səfərdən imtinanın əsas səbəbi təhlükəsizliklə bağlıdır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Politico" yazır.

Amerika nəşrinə görə, Vaşinqton prezidentin təhlükəsizliyinə təhdidlərdən narahatdır:

"Bayden Ukrayna Prezidenti Vladimir Zelenski ilə əlaqə saxlayır. Məsələn, ötən həftə Ukrayna dövlət başçısı hava hücumundan müdafiə sistemlərinin tədarükünü dayandırmamağa çağırıb".

Qeyd olunur ki, ABŞ və Ukrayna müharibənin növbəti mərhələsindən narahatdır: "Fakt budur ki, Ukrayna ordusunun əks-hücumları müvəqqəti olaraq səngiyib və bu, ruslara istehkamlar qurmaq imkanı verir".

Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri bir çox Avropa liderləri dəstək vermək üçün Kiyevə səfər ediblər. Zelenski aprelin 14-də amerikalı həmkarını Kiyevə dəvət etdikdən sonra Bayden də Ukraynaya səfər etməyə hazır olduğunu açıqlayıb. Zelenskinin fikrincə, bu, eskalasiyanın səviyyəsini azaltmağa imkan verə bilər.

Zelenski bundan sonra da ABŞ prezidentinin Ukraynaya səfərinin faydalı olacağını və Baydenin müharibənin nəticələrini öz gözləri ilə görə biləcəyini təkrarlayıb. Ukrayna prezidenti iyulda Baydenə dəvətini bir daha xatırladıb.

Kiyevə bütün dəstək sözlərinə baxmayaraq, Amerika prezidenti hələlik ukraynalı həmkarının bu dəvətinə isti yanaşmır.

Milli.Az


Etiketlər:  Bayden Zelenskiyə verdiyi bu sözü niyə tutmur Halbuki bunu etsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ