Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022-nin ən populyar azarkeşi Messiyə görə FIFA-ya qəzəbləndi - FOTO

DÇ-2022-nin ən populyar azarkeşi Messiyə görə FIFA-ya qəzəbləndi - FOTO

Tarix: 20 Dekabr 2022 09:16

Məşhur xorvat futbol azarkeşi İvana Knoll 2022-ci il dünya çempionatının ən yaxşı oyunçusu kimi "Qızıl top" mükafatının Fransa millisinin hücumçusu Kilian Mbappeyə deyil, Argentina yığmasının hücumçusu Lionel Messiyə verilməsindən qəzəblənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "FIFA, sən "Qızıl top"u səhv adama verdin! Argentina qalib ola bilər, amma "Qızıl top"a Mbappe layiqdir", - Knoll sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edək ki, Messi DÇ-2022-də 7 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, "Qızıl top"a layiq görülməyib, sadəcə finalın ən yaxşı oyunçusu seçilib. Argentina finalda Mbappeli Fransanı məğlub etdi (3-3, 4-2 pen.). Fransalı hücumçu yeddi oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib və turnirin bombardiri olub.

Milli.Az


Etiketlər:  2022 nin ən populyar azarkeşi Messiyə görə FIFA ya qəzəbləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ