Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2019 15:28
Bakı. Trend:
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının (AÇ) seçmə qrup mərhələsində son oyununu keçirib. Vüqar Əsgərlinin baş məşqçisi olduğu kollektiv Albaniya ilə üz-üzə gəlib.
Trend-in məlumatına görə, qarşılaşma Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 72-ci dəqiqədə Dilarə Soley qələbə qolunun müəllifi olub. 90+2-ci dəqiqədə Sona Rəhimovanın qırmızı vərəqə alması səbəbindən kollektiv matçı azlıqda bitirib.
3-cü qrupu 3 xalla 3-cü pillədə başa vuran milli komanda növbəti mərhələyə yüksələ bilməyib. Almaniya 9 xalla qrup lideri, meydan sahibi Portuqaliya isə isə 6 xalla 2-ci yerin sahibi kimi mərhələ adlayıb.
Qeyd edək ki, Azərbaycan yığması qrupdakı digər iki görüşdə Almaniya və Portuqaliyaya eyni hesabla uduzub - 0:6.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin