Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2022 23:44
Fransa millisinin sabiq futbolçusu Blez Matyuidi peşəkar karyerasını başa vurub.
Sonxeber.net xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Futbol, səni sevdim. Mənə çox şey verdin. Keçdiyim yola baxanda gözümdən yaş süzülür. Bütün arzularımı yerinə yetirdim. Bu səhifəni çətinliklə, amma qürurla çevirirəm. Bu yolda məni müşayiət edən insanlara təşəkkür edirəm", - deyə futbolçu yazıb.
Qeyd edək ki, Fransa yığması ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olan Blez Matyuidi son olaraq ABŞ-ın "İnter Mayami" klubunda çıxış edib. (publika)