Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gizli düşmən: Pomidor hansı halda komaya səbəb ola bilər?

Gizli düşmən: Pomidor hansı halda komaya səbəb ola bilər?

Tarix: 24 Dekabr 2022 22:45

Keyfiyyətsiz pomidor yemək böyrək daşlarının əmələ gəlməsinə və hətta zəhərlənməyə səbəb ola bilər. Bu barədə rusiyalı nutrisioloq Mariya Rozanova xəbərdarlıq edib.

Onu sözlərinə görə, yetişməmiş pomidorları istehlak etmək hətta komaya səbəb ola bilər. O, bunu kal pomidorların tərkibində solanin (zəhərli üzvi maddə) olması ilə izah edib. Bunula belə Rozanova bu formada tərəvəzin yalnız bir neçə kiloqram yeyildikdə sağlamlıq üçün təhlükəli olduğunu qeyd edib.

Bundan başqa o, yol kənarlarında və ya kimya zavodlarının yaxınlığında yetişdirilən pomidorların təhlükəli olduğunu bildirdi. Onun sözləin görə, belə tərəvəzlərin tərkibində ağır metalların duzları ola bilər. Bu səbəbdən mütəxəssis yalnız sertifikatlı mağazalarda alınmış yetişmiş meyvələri yeməyi tövsiyə etdi. O, həmçinin tərəvəzləri yaxşı yumağı və qabıqlarını soymağı məsləhət görüb.

Milli.Az


Etiketlər:  Gizli düşmən Pomidor hansı halda komaya səbəb ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ