Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 15:32
Argentina yığmasının 35 yaşlı hücumçusu, dünya çempionu Lionel Messi Milad bayramını ailəsi ilə birlikdə vətəni Rosarioda keçirir.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Messi şəxsi "Instagram" hesabında bayram günündən paylaşım edib.
Leo həyat yoldaşı Antonella Rucozzonun rəqsini paylaşaraq onu etiketləyib. Bundan başqa, Rucozzo isə ailəvi şəkillərini qoyaraq hər kəsin bayramını təbrik edib.
Qeyd edək ki, hazırda oyunçusu olduğu PSJ futbol komandası dünya çempionatından sonra Messiyə 10 günlük məzuniyyət verib.