Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaqatalada 28 yaşlı gənc meşəlik ərazidə ölü tapıldı

Zaqatalada 28 yaşlı gənc meşəlik ərazidə ölü tapıldı

Tarix: 27 Dekabr 2022 08:40

Zaqatalada ov tüfəngi ilə ehtiyyatsız davranan 28 yaşlı gənc ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Hadisə yerinə və meyitə polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib. İlkin araşdırma zamanı C.Muradovun ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.

Milli.Az


Etiketlər:  Zaqatalada 28 yaşlı gənc meşəlik ərazidə ölü tapıldı


RƏYLƏR