Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kanallarda bir-birinin var-yoxuna söyürlər''

''Kanallarda bir-birinin var-yoxuna söyürlər''

Tarix: 28 Dekabr 2022 13:35

"İndi zövqlər müxtəlidir. Sırf sənət üzərində işləmək bir az çətindir. Lazımdır ki, ifa etdiyin mahnının dinləyicisi olsun. Qarşındakı adamın nəbzini tutmaq lazımdır. Müasirlik dəbdədir, aşıq sənətində də yeniliklər var. Çalışırıq ki, zəmanə ilə ayaqlaşaq. Bir az müasir musiqilər daha çox dəbdədir. Köhnə musiqilərə tələbat azalıb. Son dövrlərdə elə şeylər yaşamışıq ki, indi rahat oturub musiqi dinləməyə hövsələmiz, səbrimiz çatmır. Bir gözümüz ağladı, bir gözümüz güldü, bütün bunlar da sənətimizə təsir edir. Bu qədər şəhid qarşıladıq, bu qədər qazilərimiz, yaralılarımız var. İndiki dövrdə sənət bir az arxa planda qalıb. Hamı bu dəqiqə bir arzu ilə yaşayır ki, sözsüz, söhbətsiz, qorxusuz, hürküsüz o yerlərə gedib gələ bilsin. Əfsuslar olsun ki, hələ də öz torpaqlarımıza rahat gedib gələ bilmirik. Sənətlə məşğul ola bilmək insanın içindən də gəlmir. Arzu edirəm ki, hər şey öz yerini tutsun ki, biz də ürəklə sənətlə məşğul ola bilək. Bir az sənətdən danışmağa adam utanır desəm yəqin ki, yanılmaram".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib.

"Bineyi-qədimdən bu sənətdə problemlər yaşanıb, sadəcə o vaxtlar bunu televiziyalarda, internetdə, xəbər saytlarında işıqlandırmırdılar. Senzura var idi. İndiki kanallarda o bunun var-yoxuna söyür, bu da onun. O buna yumruq qoyur, bu da onun. Bu kimi hallar o dövrlərdə yox idi. Kimin kimləsə şəxsi qərəzliyi, şəxsi münasibəti varsa onu efirlərə gətirmək olmaz. Rəqabət qadın aşıqlarında da, kişi aşıqlarında da var. Amma bu yaşıma kimi heç kimlə problem yaşamamışam, münaqişəm olmayıb. Ən azından abır-həyam var. Kim olursansa ol öncə insan olmalısan. Efirdə kiməsə söz desəm ən azından birinci tamaşaçıma hörmətsizlik edirəm. Əgər kiminləsə problemim olarsa susaraq ona cavab verərəm. Ədəb-ərkan olmalıdır, ədəb-ərkanın yoxdursa mənim üçün heç kimsən", - deyə asıq bildirib.

"Sizcə qadın aşıqlar arasında nömrə 1 qalmaqalı getmir?" sualına aşıq belə cavab verib.

"Bilmirəm nömrə 1 davasını kim edir, amma mən ən axırıncı nömrəyəm. İnsan özü-özünə qiymət verməz. Sənətkarın qiymətini el-oba, millət verər. Bu ayıbdır. Bircə onu deyə bilərəm ki, mənim mahnılarımı xalq artistləri də, əməkdar artistlər, aşıqlar da oxuyur. Mahnılarım hər zaman tamaşaçılar tərəfindən sevilir. Nömrə maşınlarda olur, biz insanıq. Hər çiçəyin öz ətri olduğu kimi, hər sənət adamının da öz avazı var. Bütün sənət dostlarıma uğurlar arzu edirəm. Bu sənət yolunda hər zaman qarşılarında yaşıl işıqlar yansın", - deyə aşıq bildirib.


Etiketlər:  Kanallarda birinin yoxuna söyürlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ