Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tuneldə güclü yanğın: 5 ölü, 37 yaralı - VİDEO

Tuneldə güclü yanğın: 5 ölü, 37 yaralı - VİDEO

Tarix: 29 Dekabr 2022 19:16

Cənubi Koreyanın Kvaçxon şəhərində (Könqido əyaləti) qəza nəticəsində magistral yolda tuneldə yanğın başlayıb.

Milli.Az bildirir ki, "The Sun" tabloidinin dərc etdiyi kadrlarda tüstü sütunu əks olunub.

Hadisə nəticəsində 5 nəfər ölüb, daha 37 nəfər yaralanıb, onlardan 34 nəfər zəhərli qazdan zəhərlənib.

Yanğın yerli vaxtla saat 13:50 radələrində ekspress yol tunelində avtobusun yük maşınına çırpılmasından sonra başlayıb. Yük maşınından alov tunel panelinə keçdi. Ətrafdakı binaları yol səs-küyündən qorumaq üçün nəzərdə tutulan panel tunelin səs keçirməməsinə xidmət edib. Nəticədə onu tez bir zamanda alov bürüyüb.

Yanğın zamanı ən azı 44 avtomobil yanıb, onlar tuneldə təcrid olunub. Artıq hadisə yerinə 77 yanğınsöndürmə texnikası gəlib. Yanğın lokallaşdırılıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Tuneldə güclü yanğın 5 ölü 37 yaralı VİDEO


RƏYLƏR