Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 15:51
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanunu imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.
Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.