Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni il şənliyində atılan güllələr təyyarələrə dəydi

Yeni il şənliyində atılan güllələr təyyarələrə dəydi

Tarix: 2 Yanvar 2023 08:08

Beyrutda Yeni il şənliyi zamanı Livanın MEA aviaşirkətinin iki mülki təyyarəsi havaya atılan güllələrdən zərər çəkib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Livanın "Əl Cədid" kanalı məlumat yayıb.

"İki "MEA Airbus A321 neo" təyyarəsi boş güllələrlə zədələnib. Hər iki təyyarə Beyrutdakı Rəfik Həriri Beynəlxalq Hava Limanındadır", - məlumatda deyilir.

Qeyd olunur ki, Yeni il ərəfəsində Beyrut hava limanında mülki təyyarələrin uçuş və ya eniş zamanı zədələnməsi ilk hadisə deyil. Hava limanı Beyrutun cənub ətrafının sıx məskunlaşdığı ərazilərin yaxınlığında yerləşir. Livan hakimiyyəti və partiya liderləri dəfələrlə vətəndaşları bayram və ictimai tədbirlər zamanı avtomat silahlardan atəş açmamağa çağırıblar, çünki yoldan keçənlər tez-tez atılan güllələrdən ölürlər.


Etiketlər:  Yeni şənliyində atılan güllələr təyyarələrə dəydi


RƏYLƏR