Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məni cılız və cahillər tənqid edir''

''Məni cılız və cahillər tənqid edir''

Tarix: 3 Yanvar 2023 12:35

"Bir yerə gedirəm, sadə olanda məni qəbul etmirlər. Deyirlər ki, sizi hər zaman hansısa bir obrazda görmüşük. Nə olub sizə? Niyə belə sadəsiniz? Cavabında söyləyirəm ki, hər yerin geyimi var".  

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Evinizin qonağı" verilişində deyib.  Qeyri-adi geyimlərindən danışan müğənni bunları əlavə edib:

"Əslində bu, özüməm. Uşaq olanda məktəbə gedəndə də belə geyinirdim. Bunu sinif yoldaşlarım da təsdiqləyə bilərlər. Soltan Hacıbəyli adına Musiqi Texnikomunda təhsil aldığım zaman geyindiyim geyimlər hər zaman digər tələbə yoldaşlarım tərəfindən qəribə qarşılanırdı.

Kiçik bir çantam vardı. Əl ilə toxunulmuşdu, səbətə bənzəyirdi. Ondan istifadə edirdim. Kitablarımı içinə yığırdım. Tələbə yoldaşlarım həmin çantaya o qədər qəribə baxırdılar ki...  

Əvvələr belə şeylərdən heç kim istifadə etmirdi. Anam dörd bacıma və mənə toxumağı, tikməyi, bişirməyi öyrədib".

Ünvanına deyilən tənqidlərdən bəhs edən Seyidcahan "Tənqiddən çox məni tərifləyirlər. Allah məni başdan-ayağa tərifləyir. Kimin tənqidindən qorxacağam ki? Cılız, savadsız, cahil insanların? Tənqidlər birdirsə, on tərif var. Məni isə yaşadan o təriflərdir" deyə, əlavə edib.


Etiketlər:  Məni cılız cahillər tənqid edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ