Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2023 08:04
Türkiyədə həbs olunan saxta həkimin məhkəməsi baş tutub.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,Tekirdağ şəhərinin Çerezköy Dövlət Xəstəxanasında saxta diplomla işləyən Ayşe Özkirazın özünü müdafiə etmək üçün söylədiyi sözlər gündəm olub. Ayşe Özkiraz heç vaxt resept yazmadığını bildirib və pasientinə 1 dəfə tikiş atdığını etiraf edib.
"Fakültədə daha əvvəl tikiş atılma dərsini görmüşdüm. Həkim yastıq üzərində tikiş məşqləri etməyimi istəmişdi. İynə-sapla yastığı tikmişdim", - Ayşe Özkiraz deyib.
Qeyd edək ki, 21 yaşlı Ayşe Özkirazı 13 ilə qədər həbs cəzası gözləyir.