Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya bu ölkələrlə təlimə hazırlaşır

Rusiya bu ölkələrlə təlimə hazırlaşır

Tarix: 4 Yanvar 2023 08:48

Cənubi Afrika Respublikası, Rusiya və Çin bu ilin fevralında Afrikanın cənub sahilləri yaxınlığında Hind okeanında birgə hərbi dəniz təlimləri keçirəcək.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Cənubi Afrika Milli Müdafiə Qüvvələri məlumat yayıb.

Təlimlər fevralın 17-dən 26-dək Cənubi Afrikanın Kvazulu-Natal əyalətinin sahilyanı rayonlarında keçiriləcək.

İlkin planlara görə, Rusiya burada iki döyüş gəmisi ilə təmsil olunacaq.

Qeyd edək ki, təlimlər, xüsusən, artilleriya atəşi və hava hücumundan müdafiə əməliyyatlarının inkişafını təmin edir.


Etiketlər:  Rusiya ölkələrlə təlimə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ