Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

Tarix: 6 Yanvar 2023 13:28

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı gənc futbolçusunu açıqlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu ada İngiltərə millisinin və Almaniyanın "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellingem layiq görülüb. 20 yaşlı orta sahə oyunçusu 115 xalla bütün rəqiblərini geridə qoyub.

İkinci yeri Almaniya yığmasının üzvü Camal Musiala (95 xal) tutub. İlk "3-lüy"ü 55 xalla xorvatiyalı Yoşko Qvardiol tamamlayıb.

2021-ci ildə bu nominasiyanın qalibi olan ispaniyalı yarımmüdafiəçi Pedri bu dəfə 6-cı yerdə qərarlaşıb.

Yer

Futbolçu

Ölkəsi

Klubu

Xal

1

Cud Bellingem

İngiltərə

"Borussiya" (Dortmund, Almaniya)

115

2

Camal Musiala

Almaniya

"Bavariya"

95

3

Yoşko Qvardiol

Xorvatiya

"Leypsiq" (Almaniya)

55

4

Qavi

İspaniya

"Barselona"

35

5

Eduardo Kamavinqa

Fransa

"Real" (İspaniya)

30

6

Pedri

İspaniya

"Barselona"

20

7

Kərim Adeyemi

Almaniya

"Zalsburq"/"Borussiya" (Dortmund)

15

8

Nuno Mendeş

Portuqaliya

PSJ (Fransa)

10

9

Yunus Musa

ABŞ

"Valensiya" (İspaniya)

5

10

Ansu Fati

İspaniya

"Barselona"

5

Milli.Az


Etiketlər:  2022 ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb


RƏYLƏR