Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2023 18:12
Çində 78 milyon dollar rüşvət alan məmur barəsində edam hökmü çıxarılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Çinin şərqindəki Tayan şəhərinin məhkəməsi Liaonin Əyalətinin Xalq Siyasi Məsləhət Şurasının keçmiş sədr müavini Li Vensiyə 540 milyon yuan (təxminən 78 milyon dollar) rüşvət aldığına görə ölüm hökmü çıxarıb.
Bildirilib ki, hökm iki il gecikdirilməklə icra olunmalıdır. Həmçinin dövlət təqsirləndirilən şəxsin bütün əmlakını müsadirə edir. Məhkəmənin hökmündə iki il müddətdən sonra edam cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsi nəzərdə tutulur.
Yerli məhkəmə bildirib ki, Li Vensinin qanunsuz hərəkətləri "ölkənin və xalqın maraqlarına ciddi ziyan vurub". Lakin təqsirləndirilən şəxs istintaqla fəal əməkdaşlıq edib və bu yüngülləşdirici hal kimi tanınıb.