Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış aktyordan bahalaşmaya ŞİLLƏ kimi reaksiya - FOTO

Tanınmış aktyordan bahalaşmaya ŞİLLƏ kimi reaksiya - FOTO

Tarix: 7 Yanvar 2023 20:54

Türkiyədə yayımlanan "Üç bacı" serialının aktyoru Reha Özcan ölkədəki bahalaşmaya etiraz edib.

Musavat.com xəbər verir ki, aktyor sosial media hesabında etdiyi paylaşımda İstanbulda getdiyi restoranda bir kasa şorbanın 380 lirə (təxminən 34 manat) olmasına öz narazılığını bildirib.

"Ötən gün məni İstanbulda bir alış-veriş mərkəzində yeməyə dəvət etdilər, çox xoşuma gəlmir, amma getdik. Menyunu gətirdilər, nə gözəl şeylər varmış dedim. Sonra şorba ilə başlayaram və daha bir neçə şey sifariş edərəm söylədim. Şorba 380 lirə idi. Mən sadəcə bir az şorba ilə çörək yedim. Bu qədər olmaz!", - Reha Özcan qeyd edib.

Milli.Az


Etiketlər:  Tanınmış aktyordan bahalaşmaya ŞİLLƏ kimi reaksiya FOTO


RƏYLƏR