Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2023 23:18
Bu sual bütün anaları çox maraqlandırır və narahat edir. Böyüklərdəki kimi, bu uşağın fiziki və psixoloji durumundan, temperamentindən, uşağın rejimindən və s.asılıdır.
Bu çox fərdi bir göstəricidir. Aşağıda müxtəlif yaşlarda olan uşaqların orta yuxu vaxtını sizə təqdim edirik.
Əgər uşaq bu normalardan az yatırsa, lakin buna baxmayaraq sağlam və gün ərzində fəal və gümrahdırsa, narahat olmağa dəyməz. Əlbəttdə ki, bu zaman normadan kənara çıxma çox da böyük olmamalıdır.
Beləliklə,
- 1 ayından 2 ayına qədər olan uşaq təxminən 18 saat yatmalıdır.
- 3 ayından 4 ayına kimi - 17-18 saat.
- 5 ayından 6 ayına kimi - 16 saat.
- 7 ayından 9 ayına kimi - 15 saat
- 10 ayından 12 ayına kimi - 13 saat
- 1 yaşından 1,5 kimi olan uşaq gün ərzində 2 dəfə yatır: 1-ci dəfə - 2-2,5 saat, 2-ci dəfə - 1,5 saat, gecə yuxusu - 10-11 saat.
- 1,5 - 2 yaşına kimi uşaq gündə 1 dəfə günorta vaxtı 2,5-3 saat ərzində, gecə - 10-11 saat yatır.
- 2 yaşından 3 yaşına kimi uşaq 1 dəfə günorta vaxtı 2-2,5 saat, gecə - 10-11 saat yatır.
- 3 yaşından 7 yaşına qədər uşaq günorta 2 saata yaxın, gecə - 10 saat yatır.
- 7 yaşından sonra uşaq günorta yatmaya da bilər, gecə isə 8-9 saatdan az yatmamalıdır.