Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mançester Yunayted”də “Ronaldu qaydası” tətbiq edildi

“Mançester Yunayted”də “Ronaldu qaydası” tətbiq edildi

Tarix: 8 Yanvar 2023 19:24

"Mançester Yunayted" Kriştianu Ronaldunun gedişindən sonra məvaciblərə məhdudiyyətlər tətbiq edib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu yeniliyə artıq "Ronaldu qaydası" adı verilib.

Kriştianunun "Mançester Yunayted"dəki məvacibi digər oyunçularla müqayisədə xeyli yüksək idi. İndi "Yunayted"də bir oyunçu üçün mümkün olan maksimum həftəlik maaş limiti 200 min funt-sterlinq müəyyənləşdirilib.

Klubun rəhbərliyi və məşqçilər heyəti bu addımı oyunçular arasındakı mümkün paxıllıq hallarını aradan qaldırmaq üçün atıblar.

Yeni qayda David De Xeyaya birbaşa təsir edəcək. Qapıçı 2023-cü ilin yayına qədər olan müqavilə ilə həftədə 375 min funt sterlinq alır. "Mançester Yunayted"də qalmaq üçün o, maaşının əhəmiyyətli dərəcədə azaldılması ilə razılaşmalı olacaq. Belə halda onun qazancı Bruno Fernandeslə bərabərləşəcək. İspaniyalı razı olmasa, klubu tərk etməli olacaq.

Hazırda "Yunayted"in mühüm oyunçuları Rafael Varan, Harri Maquayer, Kazemiro və Fernandes təxminən bərabər maaş alırlar (həftədə 180 - 200 min funt sterlinq arasında). Komanda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, maaşlar azalacaq. Müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər olan Lyuk Şouya da analoji məvacib təklif olunacaq.

"Mançester Yunayted"in ideyası daha çox oyunçunun təxminən eyni maaşa sahib olmasıdır. Klub artıq ayrı-ayrı super ulduzların məvacibinə həftədə 500 min funt-sterlinq xərcləmək istəmir.


Etiketlər:  Mançester Yunayteddə Ronaldu qaydası tətbiq edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ