Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aquero karyerasını Barselonada bərpa etdi

Aquero karyerasını Barselonada bərpa etdi

Tarix: 9 Yanvar 2023 18:00

Argentina millisinin və İspaniya "Barselona"sının sabiq futbolçusu Serxio Aquero karyerasını bərpa edib.

Milli.Az report-a istinadən bildirir ki, 35 yaşlı hücumçu Ekvadorun "Barselona" komandası ilə müqavilə imzlayıb. Məlumatı klubun rəsmi saytı yayıb.

Təcrübəli forvardla bağlanmış sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Serxio Aqueronun son klubu "Barselona" olub. O, 2021/2022 mövsümündə "Alaves"ə qarşı La Liqanın XII tur oyunundan (1:1) sonra xəstəxanaya yerləşdirilib. Matçın gedişində nəfəs darlığından əziyyət çəkən futbolçu 41-ci dəqiqədə Filippe Koutinyo ilə əvəzlənib. Həkimlərin müşayiəti ilə meydanı tərk edən futbolçu kardioloji müayinədən keçib. Hücumçuya aritmiya (ürəyin normal ritminin pozulması - red.) diaqnozu qoyulub. Hücumçu ürəyindəki problemə görə 2021-ci ilin dekabrında futbolla vidalaşıb.

Aquero karyerası ərzində ölkəsinin "İndependyente", İspaniyanın "Atletiko" (Madrid) və İngiltərənin "Mançester Siti" klublarında da çıxış edib.

Milli.Az


Etiketlər:  Aquero karyerasını Barselonada bərpa etdi


RƏYLƏR