Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xızıda qarın hündürlüyü 25 sm olub - VİDEO

Xızıda qarın hündürlüyü 25 sm olub - VİDEO

Tarix: 10 Yanvar 2023 19:12

Şimal bölgəsində şaxtalı, qarlı hava bu gecə də davam edib.

Sonxeber.net bildirir ki, bizim.media-nın Quba ərazi hidrometerologiya müəssisəsindən əldə etdiyi məlumata görə, bölgə üzrə ən çox qar (25 sm) Xızının Altıağac qəsəbəsində yağıb.

Qubanın Xaltan kəndində isə 16,3 dərəcə şaxta qeydə alınıb.

Bölgənin bütün avtomobil yolları buz bağlayıb. Qubadakı 5 saylı yol istismar idarəsinin əməkdaşları səhər erkən saatlarından Quba-Bakı, Quba-Qusar, Quba-Xaçmaz, Quba-Xudat və kənddaxili yollara qum və duz tökülməsini təmin ediblər.

İdarənin mühəndisi Rövşən Babayev qurumun gücləndirilmiş rejimi ilə işlədiyini və buz bağlamış yolların nəqliyyat üçün açıq və maneəsiz olması üçün tədbirlər görüldüyünü deyib.


Etiketlər:  Xızıda qarın hündürlüyü olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ