Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Goranboyda hamamda partlayış olub, ölən var

Goranboyda hamamda partlayış olub, ölən var

Tarix: 11 Yanvar 2023 10:32

Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb.

Milli.Az xəbər verir ki, hadisə yanvarın 10-u saat 18 radələrində rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəyeva Validə Yadulla qızı yaşadığı fərdi yaşayış evində hamamda olan su çəninin partlaması nəticəsində başından aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Goranboyda hamamda partlayış olub ölən var


RƏYLƏR