Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Turan”ın Antalya toplanışından maraqlı anlar - VİDEO

“Turan”ın Antalya toplanışından maraqlı anlar - VİDEO

Tarix: 11 Yanvar 2023 17:50

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələn "Turan Tovuz" 3 gündür Antalyadadır.

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, hazırlığı davam etdirən komandanın məşqlərindən maraqlı görüntülər paylaşılıb.

Kadrlardan da göründüyü kimi kollektivdə əla ab-hava hiss olunur, futbolçular məşqlərə böyük həvəslə yanaşırlar. Artıq bir yoxlama oyunu keçirən Qərb təmsilçisi 13 yanvar tarixində İsveçrə "Aarau"su ilə qarşılaşacaq.

Antalyada toplanışında son oyun isə yanvarın 17-də Polşa "Qurnik"inə (Zabrje) qarşı olacaq. Tovuzlular 1 gün sonra, yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.

İndi isə Qərb futbolçularının təlim-məşq toplantısını əks etdirən maraqlı görüntüləri diqqətinizə təqdim edirik.


Etiketlər:  Turanın Antalya toplanışından maraqlı anlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ