Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beyons Britnidən bunu xahiş etdi - FOTO

Beyons Britnidən bunu xahiş etdi - FOTO

Tarix: 13 Yanvar 2023 20:32

Müğənni Beyons Britni Spirsdən klipində oynamağı xahiş edib.

Bu barədə "Page Six" anonim mənbələrə istinadən xəbər verir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sonda ifaçıların iş birliyi naməlum səbəblərdən baş tutmayıb.

Qeyd edək ki, Beyons və Spirs əvvəllər də birlikdə çalışıblar - 2004-cü ildə reklamların birində müğənni Pinklə birlikdə onlar "Queen"in "We Will Rock You" hitini ifa ediblər.

Spirs 2022-ci ilin avqustunda Elton Con ilə birlikdə "Hold me closer" mahnısını ifa etdikdən sonra musiqiyə qayıtdığını elan etdi. 1971-ci ildə Con tərəfindən buraxılmış "Tiny Dancer"in remiksi olan mahnı "Billboard Hot 100"də altıncı yerdə debüt etdi və Spirsin 10 ildə "Top-10"da qərarlaşan ilk sinqlı oldu.

Milli.Az


Etiketlər:  Beyons Britnidən bunu xahiş etdi FOTO


RƏYLƏR