Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubad İbadoğlunun təşkilatı ikiyə bölünür?

Qubad İbadoğlunun təşkilatı  ikiyə bölünür?

Tarix: 19 Yanvar 2023 07:57

ADR Partiyası artıq ikiyə bölünüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri bu yaxınlarda ADP Partiyasının idarə heyətindən istefa edən Səxavət Əlisoy deyib.

O qeyd edib ki, partiyanın rəhbərliyində olan professor Adil Qeybullanın iki gün əvvəl paylaşdığı nekroloq ADR Partiyasının artıq ikiyə bölündüyünü göstərir.

Əlisoy xatırladıb ki, yanvarın 12-də Londonda sərəncam imzalayan sədr ADR Partiyasının idarə heyətini buraxıb, bundan sonra partiyanın yenidən Hərəkata çevrilməsi gündəmə gəlib.

"ADR Hərəkatı yaranandan bəri idarə heyətinin 5 üzvü istefa verib. Daha 4 üzvü isə vəfat edib. Yerdə qalan 7 təsisçi faktiki olaraq iki cəbhəyə bölünüb. Adil Qeybulla, İbrahim İbrahimli, Ellada Məmmədli və Əlövsət Talışxanlı bir tərəfdə, iqtisadçı Qubad İbadoğlu və daha iki nəfər o biri tərəfdə dayanıb. Bu durumdan nə hasil olur? Hasil olan odur ki, professor Adil Qeybulla və tərəfdarları təsisçilərin toplantısını çağırmalıdır. Açıq seçki ilə ya Hərəkata sədr seçilməli, ya da Hərəkat özünü buraxmalıdır. Azlıqda olan tərəf çoxluğa tabe olmalıdır. Demokratiya bunu diqtə edir",- Səxavət Əlisoy vurğulayıb.

Milli.Az


Etiketlər:  Qubad İbadoğlunun təşkilatı ikiyə bölünür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ