Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəni “Avroviziya”da o təmsil edəcək? - FOTO

Türkiyəni “Avroviziya”da o təmsil edəcək? - FOTO

Tarix: 19 Yanvar 2023 08:04

Türkiyənin "Ezhel" ləqəbli məşhur reperi Sercan İpekçioğlu "Avroviziya-2023"  mahnı müsabiqəsi ilə bağlı paylaşım edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, reper tviter hesabında etdiyi paylaşımda müsabiqədə birinciliyə iddialı olduğunu bildirib.

"Birinci yerə söz verirəm", - deyə Ezhel vurğulayıb.

Qeyd edək ki, Türkiyə "Avroviziya" mahnı müsabiqəsinə 2012-ci ildən qatılmır. Qardaş ölkənin növbəti müsabiqədə iştirak edib-etməyəcəyi də hələlik bəlli deyil. Bu səbəbdən reperin paylaşımı maraq doğurub.

Xatırladaq ki, Türkiyə ilk dəfə 1975-ci ildə müsabiqəyə qatılıb və ümumilikdə 34 yarışmada iştirak edib.


Etiketlər:  Türkiyəni Avroviziyada təmsil edəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ