Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya sülhməramlılarına məxsus daha 17 avtomobil Laçın yolundan keçib - FOTO

Rusiya sülhməramlılarına məxsus daha 17 avtomobil Laçın yolundan keçib - FOTO

Tarix: 19 Yanvar 2023 17:20

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılara məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Sonxeber.net xəbər verir ki, Laçın-Xankəndi yolundan 17 maşın maneəsiz keçid edib.

Maşın karvanı Xankəndi istiqamətində hərəkət edib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 39 gündür davam edir.


Etiketlər:  Rusiya sülhməramlılarına məxsus daha avtomobil Laçın yolundan keçib FOTO


RƏYLƏR