Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO)

Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO)

Tarix: 12 Oktyabr 2019 17:50

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində dağıstanlı ustaların əl işlərindən ibarət sərgi və milli tikmə sənəti üzrə ustad dərsləri keçirilib.

Trend-in məlumatına görə, tədbir Rusiya və Azərbaycanın Mədəniyyət nazirliklərinin birgə təşəbbüsü ilə reallaşan "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda platforma çərçivəsində təşkil olunmuşdu. Qonaqlar zəngin sənətkarlıq sərgisi ilə maraqla tanış oldular. Ustad dərslərindən sonra Rusiyadan gəlmiş folklor kollektivlərinin ifasında konsert proqramı təqdim edildi.

Konsertdə Başqırdıstanın Fayzi Qaskarov adına Dövlət Akademik Milli Rəqs Ansamblı, Komi Respublikasının “Qızıl əllər” ansamblı, Tambov vilayətinin “Domino” rəqs qrupu və Kemerovo şəhərindən Çıltıs Tannaqaşevanın xor kollektivi çıxış etdi.

Kollektivlər dünya şöhrətli Azərbaycan müğənniləri, SSRİ xalq artistləri Rəşid Behbudov və Müslüm Maqomayevin repertuarından əsərləri səsləndirdilər. Bir-birindən maraqlı, rəngarəng ifalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Müxtəlif xalqların bir səhnədə təqdim etdiyi konsert proqramı bir daha sübut edirdi ki, multikultural dəyərlər dostluğa, qardaşlığa xidmət edir.

Konsertin sonunda ifaçılar səmimi qarşılanmaya görə Azərbaycan tamaşaçılarına minnətdarlıqlarını bildirdilər.

Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO)


Etiketlər:  Bakıda Rusiya folklor kollektivlərinin konserti olub FOTO


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ