Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2023 23:06
Bir çox xəstələr ovucla dərmanı eyni anda, üst-üstə cəmi 10-15 dəqiqə fərqlə qəbul edirlər.
Həkimlər də bir tərəfdən bir reseptə 3 yox, 5-6 dərmanı birdən yazır.
"Medicina" xəbər verir ki, Britaniyalı alimlər bir neçə dərman qəbulu ilə qocalıq əqli geriliyi arasında əlaqənin olduğunu sübut ediblər.
Təəssüf ki, çox yaşlı insanlar xroniki xəstəlikləri olduğu üçün bir neçə dərman qəbul etməli olur.
Polipraqmaziya - xəstəyə 2-dən yuxarə dərmanın gün ərzində təyinidir.
Tədqiqatda 33 min demensiya xəstəsi təhlil edilib. Araşdırma 1990-2015-ci illəri əhatə edib.
20 il ərzində gündə 3 və daha artıq dərman qəbul edənlərin sayı 82%-ə çatıb.
Dərman qəbul edənlərin təxmini 60%-i demensiya və əqli gerilik diaqnozuna daha yaxın idi.
Gündə 3-4 fərqli dərman qəbul edənlərin beynində dəyişikliklər olmuşdu.
Bu dərmanlar daha çox revmatizm, ürək-damar, respirator və infeksiya dərmanları idi.