Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alveş həbs olundu

Alveş həbs olundu

Tarix: 21 Yanvar 2023 07:16

Barselona məhkəməsi "Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin zaminə buraxılmadan həbs olunmasına qərar verib.

Bu barədə "El diario de Sevilla" məlumat yayıb. O, müvəqqəti həbs cəzasına məhkum edilib. Məhkəmə oyunçunu 23 yaşlı qıza qarşı zorakılıq hərəkətlərində təqsirli bilib.

Dani Alveş cinsi təcavüz ittihamı ilə İspaniya polisi tərəfindən Barselonada saxlanılmışdı. Futbolçu polis maşını ilə məhkəməyə aparılmışdı.

Xatırladaq ki, bir qadın 39 yaşlı futbolçunu Barselondakı gecə klublarının birində ona cinsi təcavüz etməkdə ittiham edib.

Milli.Az


Etiketlər:  Alveş həbs olundu


RƏYLƏR