Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2023 09:20
Britaniyalı aktyor Robert Pattinson ictimaiyyət qarşısına ənənəvi qadın geyimində çıxıb və fotoqrafların marağına səbəb olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 36 yaşlı məşhurun Paris Moda Həftəsi çərçivəsində baş tutan "Dior" dəb nümayişinə qatıldığı məlum olub. Aktyor kürk gödəkçə və midi büzməli mavi ətəkdə görüntülənib. Eyni zamanda o, ayaqqabı kimi hündür rezin çəkmələri seçib və aksesuarlardan imtina edib.
Qeyd edək ki, son zamanlar ənənəvi olaraq qadın geyimlərinin kişilər arasında dəb halına gəlməsi müşahidə olunur.