Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu 2 ədviyyatın qarışığı XƏRÇƏNGDƏN qoruyur – Alimlər sübut edib

Bu 2 ədviyyatın qarışığı XƏRÇƏNGDƏN qoruyur –  Alimlər sübut edib

Tarix: 21 Yanvar 2023 20:03

Mütəxəssislər sübut ediblər ki, sarıkökün qara istiotla qarışığı xərçəngə qarşı çox effektli vasitədir.

Sarıkökün tərkibində olan kurkumin maddəsi güclü antioksidant, iltihab və bakteriya əleyhinə və həmçinin göbələk əleyhinə təsirə malikdir.

Qara istiotun tərkibində isə piperin var. Bu bioloji aktiv maddə sarıkökün orqanizm tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, bu haqda Texas Universiteti (ABŞ) alimləri məlumat veriblər.  

Alimlər qeyd edirlər ki, kurkuminin piperinlə qarışığı şiş hüceyrələrinin böyüməsi, inkişafı və yayılmasını ləngidir. Bu isə xərçəngin profilaktikasını təmin edir.

Miçiqan Universiteti (ABŞ) alimləri süd vəzi xərçənginin hüceyrələrinə kurkumin və piperinin qarışığı ilə təsir etdikdən sonra belə nəticəyə gəliblər ki, bu maddələr xərçəngin profilaktikasında mühüm rol oynaya bilər. 

Milli.Az


Etiketlər:  Bu 2 ədviyyatın qarışığı XƏRÇƏNGDƏN qoruyur Alimlər sübut edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ