Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qışda içkilərə ədviyyat qatmaq çox faydalıdır

Qışda içkilərə ədviyyat qatmaq çox faydalıdır

Tarix: 21 Yanvar 2023 20:27

Diyetoloq Anton Brıkinin sözlərinə görə qışda darçın, zəncəfil, hil əlavə edilmiş içkiləri qəbul etmək çox faydalıdır. Darçının tərkibində mikrob və iltihab əleyhinə xüsusiyyətlərə malik aldeqid maddəsi var. Ədviyyatda olan antioksidantlar hüceyrələrin vaxtından əvvəl məhv edilməsinin qarşısını alır.

Darçın şəkərli diabet olan insanlara faydalıdır: o içkilərə və yeməklərə gözəl dad verir, lakin qanda şəkərin artmasına səbəb olmur.

Öz növbəsində, zəncəfilli çay qışda istiləşməyə kömək edir, həzm pozuntularının qarşısını alır. Bundan əlavə, zəncəfil iltihab əleyhinə, antiseptik effektinə malikdir, orqanizmi piyləri parçalayan fermentləri daha fəal istehsal etməyə təşviq edir.

Həmçinin qışda içkilərə hil əlavə etmək çox faydalıdır. İçkilərlə yanaşı, hil şorba, tərəvəz, ət yeməklərinə də əlavə edilir. Bu ədviyyat orqanizmi doymamış yağ turşuları, askorbin turşusu, B6 vitamini, maqnezium, dəmir, kalsium, fosfor, sink ilə təmin edir.

Hil qan təzyiqinin bərpasına kömək edir, maddələr mübadiləsini normallaşdırır, həzm və əsəb sisteminin işini yaxşılaşdırır.

Mütəxəssislərin sözlərinə görə, ədviyyatlardan ciddi şəkildə uyğun miqdarda istifadə etmək çox vacibdir.


Etiketlər:  Qışda içkilərə ədviyyat qatmaq çox faydalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ