Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2023 20:34
Bu gün vəkil Bəhruz Bayramovu naməlum şəxs hədələyib.
Vəkil bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, bu gün küçədə saqqallı bir gənc ona yaxınlaşaraq bu sözləri deyib:
"Ağıllı ol, yoxsa səni məhv edərəm".
Vəkilin sözlərinə görə, həmin şəxs sonra "Prado" markalı maşına minərək hadisə yerindən uzaqlaşıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, vəkilin dediyinə görə, hadisə Memar Əcəmi metrostansiyasının yaxınlığında baş verib. Vəkilin iddiasına görə, ərazidə insan alveri ilə məşğul olunur:
"Dəfələrlə onlara insan alverinə görə irad bildirmişdim".
B. Bayramov polisə isə hələ ki, müraciət etmədiyini bildirib.