Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2019 10:48
“Lester”in yarımmüdafiəçisi Ceyms Meddison İngilərə millisinin düşərgəsini tərk edib.
Qol.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, o, xəstəliyi səbəbindən komandadan ayrılıb. Lakin bundan sonra Meddison kazinolardan birində görünüb.
O, “Avro-2020”də Çexiya ilə səfər matçına xəstəliyi əsas gətirilərək aparılmayıb. Meddison bu görüşdə millidə debüt edə bilərdi.
Qəzet yazır ki, futbolçuya poker masası arxasında məhz millinin oyunu zamanı rast gəlinib. Ceyms millinin 1:2 hesabı ilə uduzduğu matça ümumiyyətlə, baxmayıb.