Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2023 01:34
Rusiyanın Ukraynada 1 il ərzində verdiyi itki ABŞ-ın Vyetnamda səkkiz il ərzində itirdiyinə barəbərdir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Rusiya ordusunun Ukraynadakı ümumi itkiləri 188 min nəfər qiymətləndirilib. Bunun da 47 mini öldürülüb.
"Müharibədə yaralanan və ölənlərin nisbəti 3:1-dir ki, bu da Rusiyanın Ukraynadakı itkilərinin ABŞ-ın Vyetnam müharibəsində ölənlərin ümumi sayına yaxın olduğunu göstərir", - İnstitutdan bildirilib.
Analitiklər bildirib ki, 8 il ərzində ABŞ Vyetnam müharibəsində təxminən 58 min nəfər hərbçi itirib.