Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəvənin kinli olduğunu bilməməsi həyatı bahasına başa gəldi - VİDEO

Dəvənin kinli olduğunu bilməməsi həyatı bahasına başa gəldi - VİDEO

Tarix: 24 Yanvar 2023 16:20

Rusiyada dəvə ovçuluq bazasının gözətçisini ayaqları altında tapdalayaraq öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, faciə Omsk vilayətində yerli ov bazasının dəvələri yetişdirdiyi ərazidə baş verib.

Hadisə baş verən gün kişi bütün heyvanları volyerə aparmalı idi, ancaq dəvələrdən biri müqavimət göstərməyə başlayıb. Kadrlardan kişinin onun üzündən yumruqla vurduğu görünür. Qəzəblənən heyvan gözətçiyə hücum edərək onu ayaqları altında əzib.

51 yaşlı kişi ağır travmalarla xəstəxanaya yerləşdirilib. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb, o, reanimasiyada keçinib.

Milli.Az


Etiketlər:  Dəvənin kinli olduğunu bilməməsi həyatı bahasına başa gəldi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ